Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İlkin İzzət/
Neftçala rayonunun Bankə qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 3-də saat 18 radələrində Neftçala rayonunun Bankə qəsəbəsində qəsəbə sakini Rahim Hadıyevin idarə etdiyi "VAZ-21063" markalı avtomobillə Şirvanlı kənd sakini Hafiz Məcidovun idarə etdiyi "İJ-Yupiter" markalı motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü H.Məcidov hadisə yerində ölüb.
Hadisə ilə əlaqədar Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.