...

Tovuzda dəmiryol xəttində yanğın baş verib

Hadisə Materials 5 Sentyabr 2014 18:41 (UTC +04:00)
Tovuzda dəmiryol xəttində yanğın baş verib.
Tovuzda dəmiryol xəttində yanğın baş verib

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Tovuzda dəmiryol xəttində yanğın baş verib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, qatarların intensiv hərəkət etdiyi dəmiryol xəttində yanğın baş verib.

Hadisə bu gün saat 16:00 radələrində Tovuz stansiyasından 3 kilometr uzaqlıqda qeydə alınıb. Qəfildən dəmiryol xəttində olan şalban alışaraq yanğın törədib. Hadisə yerinə çağırılan yanğınsöndürənlər alovun qarşısını ala biliblər.

Yanğının hansı səbəbdən baş verdiyi aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti