...

Bakıda paytaxt sakinini soyub soyundurdular

Hadisə Materials 10 Sentyabr 2014 10:20 (UTC +04:00)
Bakıda soyğunçuluqla məşğul olan iki nəfər tutulub.
Bakıda paytaxt sakinini soyub soyundurdular

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda soyğunçuluqla məşğul olan iki nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 29-u saat 14 radələrində İ.Dadaşov küçəsində iki naməlum şəxs Bakı şəhər sakini Əbülfəz Rəhimovu hədələyərək mobil telefonunu və əynindəki cins gödəkçəsini alaraq gediblər.

Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində soyğunçuluqda şübhəli bilinən Astara rayon sakini Novruz Baxşıyev və Mingəçevir şəhər sakini Elgün Asifli tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti