...

Kürdəmir sakinindən külli miqdarda narkotik götürülüb

Hadisə Materials 11 Sentyabr 2014 13:34 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Kürdəmir sakinindən külli miqdarda narkotik götürülüb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İlkin İzzət/

Kürdəmir sakinindən külli miqdarda narkotik götürülüb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yenikənd kənd sakini Həsrət Səmədzadənin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 110 kiloqram olan 30 ədəd çətənə kolu, evindən isə 1 kiloqram 79 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti