...

Yevlaxda minik avtomobili ilə yük maşını toqquşub, ölən var

Hadisə Materials 11 Sentyabr 2014 18:31 (UTC +04:00)
Yevlaxda minik avtomobili ilə yük maşını toqquşub.
Yevlaxda minik avtomobili ilə yük maşını toqquşub, ölən var

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Yevlaxda minik avtomobili ilə yük maşını toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Yevlax rayonunda, Hürüuşağı kəndində "VAZ" minik avtomobili ilə "Kamaz" markalı yük avtomobili toqquşub. Nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "VAZ" markalı minik avtomobilinin sahibi maşında sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxararaq Təcili Tibbi Yardım xidmətinə təhvil veriblər.

"VAZ" markalı minik avtomobilinin sahibi 1968-ci il təvəllüdlü Mamedov Aslan Məmmədəli oğlu xəstəxanaya aparılarkən yolda vəfat edib. Avtomobildə olan 1 nəfər sərnişin vətəndaşlar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti