...

Gəncədə qətl törədilib

Hadisə Materials 17 Sentyabr 2014 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlkin İzzət/

Şəki rayon sakinini bıçaqlayaraq qətlə yetirmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 16-da Gəncə şəhərində Şəmkir rayon sakini Ayxan İbrahimli münaqişə zəminində Şəki rayon sakini Vasif Səmədova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş V.Səmədov orada ölüb.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.İbrahimli tutulub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti