...

DİN Şəmkirdə "Soyuq bulaq" adlanan ərazidə baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb

Hadisə Materials 18 Sentyabr 2014 13:04 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Şəmkir rayonunun Kür qəsəbəsindəki “Soyuq bulaq” adlanan ərazidə baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
DİN Şəmkirdə "Soyuq bulaq" adlanan ərazidə baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Daxili İşlər Nazirliyi Şəmkir rayonunun Kür qəsəbəsindəki "Soyuq bulaq" adlanan ərazidə baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Trend-in DİN-in saytına istinadən verdiyi məlumata görə, sentyabrın 17-də Şəmkir rayonunun Kür qəsəbəsindəki "Soyuq bulaq" adlanan ərazidə qəsəbə sakini Rəşad Məmmədovla Mahmudlu kənd sakini, əvvəllər məhkum olunmuş Nazim Abbasov arasında münaqişə baş verib.

R.Məmmədov ov tüfəngindən, N.Abbasov isə "AKM" markalı silahdan bir-birinə atəş açaraq xəsarət yetiriblər. R.Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb.

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində baş və ayaq nahiyələrindən xəsarət almış N.Abbasov tutulub. Ondan "AKM" markalı silah və 16 ədəd patron götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti