...

Bakıda çay evlərinin birində iki nəfər bıçaqlanıb

Hadisə Materials 25 Sentyabr 2014 10:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda çay evində iki nəfəri bıçaqlayan şəxs axtarılır.

Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 24-də saat 21-də Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən çay evlərinin birində şəxsiyyəti hələlik məlum olmayan şəxs 1988-ci il təvəllüdlü Musayev Ülvi Əlimirzə oğluna və 1988-ci ilə təvəllüdlü Heydərov Zaur Bəxtiyar oğluna bıçaqla kəsilmiş-deşilmiş xəsarətlər yetirib. Hazırda həmin şəxsin tapılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb, Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti