Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İlkin İzzət/
Neftçala rayonunun Bankə qəsəbəsində motosiklet aşıb, sürücü ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 25-də saat 08 radələrində Neftçala rayonunun Bankə qəsəbəsində qəsəbə sakini Ələkbər Hüseynov idarə etdiyi "MT-9" markalı motosikleti aşırıb. Nəticədə motosikletin sürücüsü Ə.Hüseynov hadisə yerində ölüb.
Faktla əlaqədar araşdırma aparılır.