...

Abşeronda polis əməliyyatı: silah-sursat və narkotik vasitələr götürülüb

Hadisə Materials 29 Sentyabr 2014 13:51 (UTC +04:00)
Abşeronda daxili işlər orqanları əməkdaşları tərəfindən silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb.
Abşeronda polis əməliyyatı: silah-sursat və narkotik vasitələr götürülüb

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir İlkin İzzət/

Abşeronda daxili işlər orqanları əməkdaşları tərəfindən silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hökməli qəsəbə sakinləri Cavidan Cəbrayılovdan 1 ədəd "Makarov" markalı tapança və 4 ədəd patron, Ədalət Xəlilovdan alışqanı ilə birgə 2 qutu trotil, 1 ədəd "F-1" qumbarası, 34 ədəd müxtəlif çaplı patron, Ceyhun Xəlilovdan 10 qram marixuana və Mübariz Cəbrayılova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 1 kiloqram olan 7 çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti