...

Bakıda minik avtomobili ilə yük maşını toqquşub, 3 nəfər həlak olub

Hadisə Materials 30 Sentyabr 2014 09:42 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda “Vaz” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.
Bakıda minik avtomobili ilə yük maşını toqquşub, 3 nəfər həlak olub

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda minik avtomobili ilə yük maşını toqquşub, 3 nəfər həlak olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda "Vaz" markalı minik avtomobili ilə "Kamaz" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb, "Vaz" markalı minik avtomobilinin sürücüsü və 2 nəfər sərnişini hadisə yerində vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədlərini xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti