...

Xaçmazda avtomobil oğurluğu ilə məşğul olan dəstə ifşa edilib

Hadisə Materials 4 Oktyabr 2014 14:25 (UTC +04:00)
Xaçmazda avtomobil oğurluğu ilə məşğul olan dəstənin üzvləri tutulub. Onlardan biri qadındır.
Xaçmazda avtomobil oğurluğu ilə məşğul olan dəstə ifşa edilib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İlkin İzzət/

Xaçmazda avtomobil oğurluğu ilə məşğul olan dəstənin üzvləri tutulub. Onlardan biri qadındır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-də Təhmasib Müseyibova məxsus "VAZ-21214" markalı avtomobili qaçırmış rayon sakinləri Zaur Tağıyev, Ayaz Xankişiyev və Könül Dadaşova tutulublar.

Ətraflarında aparılmış əməliyyat-istintaq tədbirləri ilə onların sentyabrın 23-də Renat Əlievə məxsus "VAZ-21011" avtomobili qaçırmaları, habelə ona məxsus dövlət qeydiyyat nişanlarını Abşeron rayonunun Saray qəsəbəsi ərazisində atmaları müəyyən edilib və həmin avtomobilin üzərində tranzit nömrələri aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti