...

Bakıda mağazada satıcını tapança ilə hədələyən şəxs saxlanılıb

Hadisə Materials 6 Oktyabr 2014 14:03 (UTC +04:00)
26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Kərimov saxlanılıb, ondan nömrəsi silinmiş “Makarov” markalı tapança götürülüb, habelə onun sərxoş halda olması müəyyən edilib.
Bakıda mağazada satıcını tapança ilə hədələyən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Bakı şəhər sakinindən tapança götürülüb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 4-də Bakı şəhər sakini Arzun Şükürov Yasamal RPİ 26-cı PB-yə müraciət edərək həmin gün ona məxsus mağazaya gəlmiş paytaxt sakini Rauf Kərimova spirtli içki satmaması ilə əlaqədar sonuncu tərəfindən tapança ilə hədələnməsini bildirib.

26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Kərimov saxlanılıb, ondan nömrəsi silinmiş "Makarov" markalı tapança götürülüb, habelə onun sərxoş halda olması müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti