Azərbaycan, Bakı, 11 oktyabr /Trend/
Oktyabrın 1-dən 3-dək Puta qəsəbəsi ərazisində yerləşən "Aztelekom" İstehsalat Birliyinə məxsus 700 metr uzunluğunda magistral rabitə kabeli oğurlanıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş şəxslər - 1953-cü il təvəllüdlü Şamoy Məhərrəmov və 1960-cı il təvəllüdlü Məhəmməd Allahverdiyev tutulublar.
"Aztelekom" İB-yə məxsus magistral rabitə kabelini oğurlayanlar tutulub
Oktyabrın 1-dən 3-dək Puta qəsəbəsi ərazisində yerləşən "Aztelekom" İstehsalat Birliyinə məxsus 700 metr uzunluğunda magistral rabitə kabeli oğurlanıb.