...

Bakıda vətəndaş mənzilində halsız vəziyyətdə aşkar olunub

Hadisə Materials 12 Oktyabr 2014 20:35 (UTC +04:00)
Bakıda vətəndaş mənzilində halsız vəziyyətdə aşkar olunub.
Bakıda vətəndaş mənzilində halsız vəziyyətdə aşkar olunub

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Bakıda vətəndaş mənzilində halsız vəziyyətdə aşkar olunub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə binanın damından enərək eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş yıxılmış və halsız vəziyyətdə aşkar olunub və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti