...

Bakıda kartofun işindən telefon çıxdı

Hadisə Materials 13 Oktyabr 2014 12:31 (UTC +04:00)
Bakı İstintaq Təcridxanasına sovqatda kartofun içərisində mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakıda kartofun işindən telefon çıxdı

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakı İstintaq Təcridxanasına sovqatda kartofun içərisində mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan şəxs Elşad Şirvan oğlu Abbasovun yanına qısamüddətli görüşə gəlmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 18, mənzil 56 ünvanında qeydiyyatda olan vətəndaş Edqar Bəhmən oğlu Əmirovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanə onun gətirdiyi sovqatdakı kartofun içərisində xüsusi üsulla gizlədilmiş, daxilində "Nar" danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, E.Abbasov Cinayət Məcəlləsinin 221.3 maddəsinə əsasən təqsirli bilinərək həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti