...

Ağstafada pensiyaçıların puluna qənim kəsilən şəxs peyda olub

Hadisə Materials 20 Oktyabr 2014 18:50
Ağstafada təqaüdçülərin puluna qənim kəsilən şəxs peyda olub.
Ağstafada pensiyaçıların puluna qənim kəsilən şəxs peyda olub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Ağstafada təqaüdçülərin puluna qənim kəsilən şəxs peyda olub.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, hələ şəxsiyyəti müəyyənləşməyən dırnaqarası qəhrəman çirkin əməlinə ahıl insanlar bankomatlarda pensiya alan zaman əl atıb.

Ağstafada yaşlı rayon sakinlərinin etibarından sui-istifadə edən həmin dələduzun 45-48 yaşı olduğu təxmin edilir. Pirli kənd sakini 75 yaşlı Əli Osmanov da bu "qəhrəman"ın toruna düşənlərdəndir. O, bir neçə gün öncə rayon avtovağzalının yaxınlığındakı bankomatdan pul çıxararkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq kömək etmək istədiyini bildirib. Əli kişi oğrunun kartdakı üst-üstə yığılan 7 aylıq pensiyanı, yəni 1540 manat pulu görüb ətrafa baxdığını, sonra isə kartı yarımçıq çıxarıb bankomatda pul olmadığını deyib.

Ə.Osmanovla yanaşı, daha 4 nəfər də bu dələduzun toruna düşüb. İnsanların etibarından sui-istifadə edən dələduz əvvəl bir neçə nəfərin pulunu çıxararaq verib, sonradan onların bir neçəsinin də pulunun köçmədiyini bəhanə edərək kartlarını dəyişib. Rasim Arifovun iş yoldaşının da maaş kartından pul çıxarıb, əvəzində isə ona başqa kart verib.

Sakinlər başlarına gələn hadisənin Beynəlxalq Bankın bankomatları qarşısında olduğunu bildiriblər. Ağstafa polisi isə hazırda əhalini aldadaraq pullarını mənimsəyən şəxsin tapılması istiqamətində işlər aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti