...

Bakıda keçmiş məhkumun evində tiryəkxana aşkar edilib

Hadisə Materials 23 Oktyabr 2014 14:38 (UTC +04:00)
Bakı şəhər sakininin yaşadığı evdə tiryəkxana saxlaması müəyyən edilib.
Bakıda keçmiş məhkumun evində tiryəkxana aşkar edilib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakı şəhər sakininin yaşadığı evdə tiryəkxana saxlaması müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Müzəffər Bağırovun yaşadığı evdə tiryəkxana saxlaması müəyyən edilib.

Evə baxış zamanı 1,48 qram heroin və 5 ədəd 2 qramlıq şprislərdə heroindən hazırlanmış maye, habelə orada olanlar - Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuşlar Əli Novruzovdan 0,850 qram, Elçin Nəsirlidən isə 0,761 qram heroin götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti