...

Sumqayıtda “Betonzavod” ərazisində partlayış baş verib, xəsarət alan var

Hadisə Materials 24 Oktyabr 2014 16:02 (UTC +04:00)
Sumqayıt şəhəri “Betonzavod” adlandırılan ərazidə evdə təbii qazın sızmasından ani partlayış baş verib.
Sumqayıtda “Betonzavod” ərazisində partlayış baş verib, xəsarət alan var

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İlkin İzzət/

Sumqayıt şəhəri "Betonzavod" adlandırılan ərazidə evdə təbii qazın sızmasından ani partlayış baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 23-də saat 08 radələrində Gülnarə Ələkbərovanın Sumqayıt şəhəri "Betonzavod" adlandırılan ərazisindəki evində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə evin pəncərə şüşələri sınıb, yanıq xəsarəti almış G.Ələkbərova xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti