...

Binəqədidə avtobus yük avtomobili ilə toqquşub, 1 nəfər xəsarət alıb

Hadisə Materials 30 Oktyabr 2014 23:35 (UTC +04:00)
Binəqədidə avtobus yük avtomobili ilə toqquşub, 1 nəfər xəsarət alıb.
Binəqədidə avtobus yük avtomobili ilə toqquşub, 1 nəfər xəsarət alıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Binəqədidə avtobus yük avtomobili ilə toqquşub, 1 nəfər xəsarət alıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda "İVECO" markalı sərnişin avtobusu yolun kənarında hərəkətsiz vəziyyətdə dayanmış yük avtomobili ilə toqquşub. Nəticədə, avtobusun sürücüsü xəsarət alıb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti