...

Türkiyədə avtobus aşıb, 12 nəfər ölüb

Hadisə Materials 31 Oktyabr 2014 10:50 (UTC +04:00)
Türkiyənin cənub-qərbində yerləşən İsparta vilayətində içərisində fəhlələrin olduğu avtobus aşıb.
Türkiyədə avtobus aşıb, 12 nəfər ölüb

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin cənub-qərbində yerləşən İsparta vilayətində içərisində fəhlələrin olduğu avtobus aşıb. Trend xəbər verir ki, bu barədə cümə günü "Milliyet" qəzeti məlumat yayıb.

Yol qəzasında 12 nəfər ölüb, 8 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub, nəticədə avtomobil aşıb.

Ölən və xəsarət alanların hamısı Türkiyə vətəndaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti