İlk xəbər 10: 30-da yayılıb
Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Elçin Mehdiyev/
Bakıda orta məktəbdə baş verən yanğın zamanı şagirdlər zəhərləniblər.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, "20-ci sahə"də yerləşən 51 saylı tam orta məktəbdə baş verən yanğın zamanı 5 şagird tüstüdən yüngül zəhərlənib. Onlara yerində tibbi yardım göstərilib.
Yanğın zamanı şagird və müəllimlər məktəbdən təxliyə ediliblər.
Yanğın söndürülüb.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə bildiriblər ki, səhər saatlarında 51 nömrəli orta məktəbdə qısaqapanma səbəbi ilə yanğın baş verib.
Bu zaman məktəbdə olan şagirdlər və müəllim kollektivi təxliyyə edilib.
Məktəbdə tədris sabahdan etibarən bərpa olunacaq.
Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 51 saylı orta məktəbin birinci mərtəbəsində elektrik şitində yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Yanğın 12 kv.m sahəni əhatə edib. Şagirdlər təxliyə olunmuşdur xəsarət alan yoxdur.