...

Bakıda bir ailənin 4 cibgir üzvü tutulub

Hadisə Materials 13 Noyabr 2014 11:20 (UTC +04:00)
Bakıda cibgirliklə məşğul olan Sumqayıt şəhərinin 4 sakini tutulub, onlardan 3-ü qadındır.
Bakıda bir ailənin 4 cibgir üzvü tutulub

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda cibgirliklə məşğul olan Sumqayıt şəhərinin 4 sakini tutulub, onlardan 3-ü qadındır.

Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - 1952-ci il təvəllüdlü Məleykə Şamilova, 1973-cü il təvəllüdlü Natəvan Şamilova, 1970-ci il təvəllüdlü Mətanət Şamilova və 1994-cü il təvəllüdlü Məcid Şamilov tutulublar.

Şübhəli şəxs M.Şamilovun üzərinə baxış zamanı 4,15 qram həşiş qətranı aşkar olunaraq götürülüb.

Trend-in əldə etdiyi məlumata görə, tutulan 4 cibgirin hamısı bir ailənin üzvləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti