...

"Mercedes"lə toqquşan motosikletdəki iki qardaşdan biri ölüb, digəri yaralanıb

Hadisə Materials 15 Noyabr 2014 10:48 (UTC +04:00)
Bakıda avtomobillə motosikletin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
"Mercedes"lə toqquşan motosikletdəki iki qardaşdan biri ölüb, digəri yaralanıb

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda avtomobillə motosikletin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 14-də saat 19:00 radələrində Sabunçu qəsəbəsi, B.Bünyadzadə küçəsində Bakı şəhər sakinləri - 1974-cü il təvəllüdlü Mansur Surxayevin idarə etdiyi "Mercedes" markalı avtomobillə 1993-cü il təvəllüdlü Meysən Əlizadənin idarə etdiyi "Zontes" markalı motosiklet toqquşub. Nəticədə M.Əlizadə və sərnişini - qardaşı, 1995-ci təvəllüdlü Ülvi Əlizadə xəsarətlə xəstəxanaya daxil olub, M.Əlizadə xəstəxanada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti