...

Bakıda məhkum qardaşı ilə görüşə gəlmiş bacının telefonları alınıb

Hadisə Materials 18 Noyabr 2014 15:43 (UTC +04:00)
Bakıda məhkumla görüşə gəlmiş qadından rabitə vasitələri götürülüb.
Bakıda məhkum qardaşı ilə görüşə gəlmiş bacının telefonları alınıb

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda məhkumla görüşə gəlmiş qadından rabitə vasitələri götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Cəsarət Rasim oğlu Mustafayevin yanına qısamüddətli görüşə gəlmiş bacısı, Tərtər rayon sakini Zümrüd Rasim qızı Mustafayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun əl çantasının içərisindən 1 ədəd "Nokia" markalı və 1 ədəd "Samsung" markalı mobil telefon aparatı, 1 ədəd "Cin" və 1 ədəd "Azercell" danışıq kartı aşkar edilərək götürülüb.

Qeyd edək ki, C.Mustafayev Cinayət Məcəlləsinin 120.2.2 və 120.4-cü maddələrinə əsasən 14 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti