Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda dələduzluq və xuliqanlığa görə axtarışda olan iki nəfər tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi (RPİ) 29-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyul ayından Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə axtarışda olan 1962-ci il təvəllüdlü Valeh Məmmədov tutulub.
Xətai RPİ Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə, Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə axtarışda olan 1982-ci il təvəllüdlü Ramin Qarayev tutulub.