...

Hindistanda təxminən 400 nəfər kimyəvi maddələrin sızması səbəbindən xəstəxanaya yerləşdirilib

Hadisə Materials 30 Noyabr 2014 23:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Hindistanın Maxaraştra ştatının bir neçə xəstəxanası, çaya kimyəvi maddələrin püskürməsi ilə bağlı məlumatından sonra, təxminən 400 nəfəri zəhərlənmə əlamətləri ilə əlaqədar müalicə üçün qəbul edib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə xəbər verir.

Xəstələr yuxuculluğa, çətin nəfəs almasına, bədən ağrılarına, başgicəllənməsinə və ürəkbulanmasına şikayət ediblər. Xəsarət alanlar əsasən Valduni, Aşok Naqar, Lasi Qali kəndlərindən, Renuka və Paxluma qəsəbələrindəndirlər, DNA hind agentliyinin məlumatında deyilir.

"Onlar hansısa kimyəvi agentin təsirinə məruz qalıblar", - Ulxanqar şəhərinin mərkəzi xəstəxanasının həkimi Aşok Nandapukrar bildirib. Həmin xəstəxanaya 300-ə yaxın adam yerləşdirilib. Həkimin sözlərinə görə, xəstələrin bir hissəsi digər xəstəxanalara aparılıb.

Bu arada ekoloji tənzimləyicilər Valduni çayından nümunələr götürüblər. Yerli administrasiyaya sakinlərdən şikayət daxil olub ki, kimsə Valduni kəndin kənarındakı çaya yük avtomobilləri yaxınlaşaraq, ora hansısa maddə atıblar, sonra çayı üzərində isə qatı duman görünüb.

Xəbər lenti

Xəbər lenti