...

Bakıda iki avtomobil toqquşub, 1 nəfər ölüb

Hadisə Materials 7 Dekabr 2014 07:13 (UTC +04:00)
Bakıda iki avtomobil toqquşub, 1 nəfər ölüb.
Bakıda iki avtomobil toqquşub, 1 nəfər ölüb

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Bakıda iki avtomobil toqquşub, 1 nəfər ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda "Kia" markalı minik avtomobili ilə "Ford" markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlayıblar. Hadisə yerində "Kia" avtomobilinin sürücüsü şəxsiyyəti məlum olmayan sərnişinin cəsədi aşkar olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti