...

Bakıda əlinə keçəni oğurlayan şəxs tutulub

Hadisə Materials 9 Dekabr 2014 11:25 (UTC +04:00)
Bakıda silsilə şəkildə oğurluq və talançılıq etmiş şəxs tutulub.
Bakıda əlinə keçəni oğurlayan şəxs tutulub

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda silsilə şəkildə oğurluq və talançılıq etmiş şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 15-də, A.İsmayılov küçəsində Gülnar Əzizovaya məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, 1985-ci il təvəllüdlü Şahlar Şahbazov tutulub.

29 yaşlı şübhəli şəxs ətrafında keçirilən əməliyyat-istintaq tədbirləri müəyyən olunub ki, o, yanvarın 23-də Bakı şəhər sakini Solmaz Abdullayevanın əl çantasından 200 manat, iyunun 16-da A.İsmayılov küçəsində Aytəkin Sultanovaya məxsus əl çantasından 65 manat, şəxsi sənədləri, mayın 21-də Y.Mürsəlov küçəsində Rəşad Ələsgərova məxsus mənzilin pəncərənin nəfəsliyindən keçmək yolu ilə qızıl-zinət əşyaları, iyunun 10-da Xanlar küçəsində Səbinə Babayevanın mənzilindən, eyvanın açıq qapısından keçməklə 500 manat, qızıl-zinət əşyaları və fotoaparat, iyulun 4-də Y.Mürsəlov küçəsində Bəsirə İlyasovanın mənzilinin pəncərəsindən keçməklə 160 manat və qızıl-zinət əşyaları, iyulun 8-də A.İsmayılov küçəsində Cəmil Rüstəmova məxsus mənzildən 48 manat və mobil telefon, avqustun 1-də E.Əzizov küçəsində Ramil Aslanovun evində, qapının kilidini sındırmaqla 500 manat, sentyabrın 24-də Badamdar şossesində Bəhruz Hüseynovun evindən 500 manat, 1 ədəd qızıl üzük, elektron cihazlar, oktyabrın 29-da Bibiheybət döngəsində yaşayan Rəsul Rəsulovun evindən, açıq qapıdan keçməklə elektrik cihazlarının oğurlamaqla talançılıq əməlləri törədib.

O da müəyyən olunub ki, Ş.Şahbazov təkcə mənzilləri talamaqla kifayətlənməyib, iyulun 24-də saat 207 saylı xətt avtobusunda, Bakı şəhər sakini Adil İmanovun cibindən 900 manat, iyulun 31-də Lerik rayon sakini İmran Şahıyevin cibindən 850 manatı cibgirlik yolu ilə mənimsəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti