...

Neft Daşlarında ölüm baş verib

Hadisə Materials 15 Dekabr 2014 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir İlkin İzzət/

Neft Daşlarında təmir işi aparan şəxs yıxılaraq suda boğulub.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 14-də saat 10 radələrində Bakı şəhər sakini Simran Məhərrəmov Pirallahı rayonunda Neft Daşlarının 4 saylı Tikinti Quraşdırma İdarəsinə məxsus meydançada təmir işləri aparan zaman halı pisləşdiyindən dənizə yıxılaraq suda boğulub.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti