Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin qərbində yerləşən Uşak vilayətində içərisində işçilərin olduğu avtobus aşıb. Nəticədə 17 nəfər ağır xəsarətlər alıb. Trend xəbər verir ki, bu barədə cümə axşamı "Haber7" telekanalı məlumat yayıb.
Avtobus sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
Xəsarət alanların hamısı yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Onların hamısı Türkiyə vətəndaşlarıdır.