...

Yük avtomobili Bakıda yol təsərrüfatına 45 min manata yaxın ziyan vurdu

Hadisə Materials 25 Dekabr 2014 11:09 (UTC +04:00)
“Shacman” markalı yük avtomobilinin Bakı Dairəvi avtomobil yolunun Biləcəri enişinə düşən hissəsində törətdiyi yol qəzası zamanı yol təsərrüfatına 45 min manata yaxın ziyan dəyib.
Yük avtomobili Bakıda yol təsərrüfatına 45 min manata yaxın ziyan vurdu

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İlkin İzzət/

"Shacman" markalı yük avtomobilinin Bakı Dairəvi avtomobil yolunun Biləcəri enişinə düşən hissəsində bu gün səhər saatlarında törətdiyi yol qəzası zamanı yol təsərrüfatına 45 min manata yaxın ziyan dəyib. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, "Shacman" markalı yük avtomobili Bakı Dairəvi avtomobil yolunun Biləcəri enişinə düşən hissəsində idarəetməni itirərək əyrixətli tirə çırpılıb. Nəticədə avtomobilin sürücüsü xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

Bundan əlavə, hadisə nəticəsində yol təsərrüfatına külli miqdarda ziyan dəyib: "Avtobilin zərbəsi nəticəsində 96 poqon metr əyri xətli tir sıradan çıxıb, 3 yol nişanı, "T" tipli yol göstərici dirəyi və onun üzərində uzunluğu 6, eni 3 metr olan 2 lövhə sıradan çıxıb. Ümumilikdə yol təsərrüfatına 45 min manata yaxın ziyan dəyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti