...

Bakı-Qazax magistralında ağır qəza baş verib, ölən və yaralanan var

Hadisə Materials 8 Yanvar 2015 23:30 (UTC +04:00)
Bakı-Qazax magistralında ağır avtomobil qəzası baş verib, nəticədə bir nəfər ölüb və bir nəfər xəsarət alıb.
Bakı-Qazax magistralında ağır qəza baş verib, ölən və yaralanan var

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Bakı-Qazax magistralında ağır avtomobil qəzası baş verib, nəticədə bir nəfər ölüb və bir nəfər xəsarət alıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə bu gün saat 20:00 radələrində magistral yolun Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib.

"VAZ 2106" markalı avtomobil yol ilə hərəkət edən traktora çırpılıb. Qəza nəticəsində "VAZ 2106" markalı avtomobildə olan bir nəfər ölüb və bir nəfər isə yaralanıb.

Hazırda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti