...

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşdu

Hadisə Materials 10 Yanvar 2015 10:01 (UTC +04:00)
Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşdu

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Qaradağ rayonu ərazisində "Daewo" markalı minik avtomobili, "Mercedes" markalı minik avtomobili və "Daewo" markalı sərnişin avtobusu toqquşub. Nəticədə "Daewo" markalı minik avtomobili ağır deformasiyaya uğrayıb.

Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, Şükürov Saleh Məmmədbağır oğlunun cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti