...

Xidməti it gömrük postunda narkotik maddə tapıb

Hadisə Materials 13 Yanvar 2015 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İlkin İzzət/

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları isə 700 qrama qədər narkotik maddənin ölkəyə gətirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, İdarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Fazil Sadıqovun idarə etdiyi "Kamaz-5320" markalı yük avtomobilinə xidməti itin tətbiqi ilə baxış keçirilib. Baxış zamanı xidməti itin reaksiyasına əsasən, avtomobilin qoşqusunun alt tərəfindən 1 ədəd bükümdə, xalis çəkisi 665 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti