...

Azərbaycanda sənədsiz ov tüfənglərinin yığışdırılması davam edir

Hadisə Materials 15 Yanvar 2015 14:04 (UTC +04:00)
Qəbələdə vətəndaşlardan müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.
Azərbaycanda sənədsiz ov tüfənglərinin yığışdırılması davam edir

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İlkin İzzət/

Vətəndaşlardan müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çarxana kənd sakini Həsrət Məmmədovdan xaricdə istehsal edilmiş, Yemişənli kənd sakini Baloğlan Qasımovdan "TOZ-20", Mamaylı kənd sakini Şafiq Zahirovdan isə "TOZ-63" markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti