...

Ermənistanda etiraz aksiyaları zamanı bir jurnalist də daxil olmaqla, 14 nəfər xəsarət alıb

Hadisə Materials 16 Yanvar 2015 11:12 (UTC +04:00)
Ermənistanda etiraz aksiyaları zamanı 14 nəfər xəsarət alıb.
Ermənistanda etiraz aksiyaları zamanı bir jurnalist də daxil olmaqla, 14 nəfər xəsarət alıb

İlk xəbər dünən saat 22:49-da yayılıb

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Ermənistanda etiraz aksiyaları zamanı 14 nəfər xəsarət alıb.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, Gümrü şəhərində polis və nümayişçilər arasında toqquşmalarda 14 nəfər xəsarət alıb. Onların arasında Ermənistan informasiya agentliklərindən birinin əməkdaşı da var.

Yaralılardan üçü polis olduğu bildirilir.

Hazırda Gümrüdə yerləşən Rusiya konsulluğunun binası qarşısında vəziyyətin nəzarətdən çıxdığı bildirilir.

Qeyd edək ki, bazar ertəsi Ermənistanın Gümrü şəhərində 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Qətli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov törədib. Rusiya sərhədçiləri tərəfindən ələ keçirilən V.Permyakov artıq günahını etiraf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti