...

Bakıda çay evində qanunsuz qumarxana aşkar edilib

Hadisə Materials 19 Yanvar 2015 13:31 (UTC +04:00)
Bakı şəhər sakininin çay evində qanunsuz qumarxana təşkil etməsi müəyyən edilib.
Bakıda çay evində qanunsuz qumarxana aşkar edilib

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakı şəhər sakininin çay evində qanunsuz qumarxana təşkil etməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ceyhun Xəlilovun Məhəmməd Hadi küçəsində yerləşən çay evində qanunsuz qumarxana təşkil etməsi müəyyən edilib.

Ora baxış zamanı 2 ədəd noutbuk və 12 ədəd prosessor aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti