...

Qayınatası, qayınanası və qaynını bıçaqlayan şəxs tutuldu

Hadisə Materials 22 Yanvar 2015 12:52 (UTC +04:00)
Gəncədə qayınatası, qayınanası və qaynına bıçaqla xəsarət yetirmiş şəhər sakini İntiqam Rəhimov tutulub.
Qayınatası, qayınanası və qaynını bıçaqlayan şəxs tutuldu

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Gəncədə qayınatası, qayınanası və qaynına bıçaqla xəsarət yetirmiş şəhər sakini İntiqam Rəhimov tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata yanvarın 21-də Gəncə şəhərində yaşayan Fərail Abbasovun yaşadığı evə gəlmiş kürəkəni - şəhər sakini İntiqam Rəhimov münaqişə zəminində F.Abbasova, onun arvadı Xublara və oğlu Təbrizə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rəhimov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti