Yenə ov tüfəngi, yenə xəsarət

Hadisə Xəbər 24 Yanvar 2015 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

İmişli rayonunun Hacırüstəmli kəndində Qızılkənd kənd sakini Amil Allahyarov ov edərkən tüfənglə ehtiyatsız davrandığından açdığı atəşlə həmkəndlisi Qismət Səfərova əl nahiyəsindən xəsarət yetirib. Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İmişli RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olan "MR-155" markalı tüfəng götürülüb.

Q.Səfərov xəstəxanaya yerləşdirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti