...

Biləsuvarda xəstəxana yandı

Hadisə Materials 7 Fevral 2015 10:09 (UTC +04:00)
Biləsuvarda bir gecədə iki yanğın hadisəsi baş verib.
Biləsuvarda xəstəxana yandı

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İlkin İzzət/

Biləsuvarda bir gecədə iki yanğın hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, ötən gecə Biləsuvar rayonu, Xırmandallı kəndində Səhiyyə Nazirliyinə məxsus kənd xəstəxanasının ümumi sahəsi 360 kv.m olan birmərtəbəli korpusun 9 kv.m olan otaqda 1 ədəd elektrik qızdırıcı və masa 1 kv.m sahədə yanıb.

İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:44 yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təxminən eyni vaxtda Biləsuvarda daha bir yanğın hadisəsi qeydə alınıb. Belə ki, Biləsuvar şəhərində sahibi məlum olmayan ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 3 otaq və aynəbənddən ibarət evin sahəsi 15 kv.m olan 1 otaqının yanar konstruksiyaları və içərisində olan 1 ədəd "SAMSUNG" markalı televizor yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:21 yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti