...

Cəlilabadda yol qəzasında 3 nəfər öldü, 2 nəfər yaralandı

Hadisə Materials 24 Fevral 2015 13:52 (UTC +04:00)
Cəlilabadda baş verən yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Cəlilabadda yol qəzasında 3 nəfər öldü, 2 nəfər yaralandı

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir İlkin İzzət/

Cəlilabadda baş verən yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 23-də saat 23 radələrində Cəlilabad rayonunun Alar kəndində Masallı rayon sakinləri Elmar Əkbərovun idarə etdiyi "Forland" və Zamin Nurəliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə Z.Nurəliyevin sərnişinlərindən həmyerliləri Aslan İsmayılzadə, Zamin Abdullayev və Cəlal Məhərrəmov hadisə yerində ölüb, özü və digər sərnişini, habelə E.Əkbərov xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti