...

Bakıda 20 min manatlıq oğurluğun üstü açıldı

Hadisə Materials 4 Mart 2015 11:01 (UTC +04:00)
Bakıda başqasının evindən qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub.
Bakıda 20 min manatlıq oğurluğun üstü açıldı

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İlkin İzzət/

Bakıda başqasının evindən qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 1-də günorta saatlarında M.Əliyev küçəsində yaşayan Arzu Mirzəyevanın evindən, açar seçmə yolu ilə 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Yasamal rayon Polis idarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü İlqar Arif oğlu Əliyev tutulub. Şübhəli şəxsin üzərindən 1,440 qram tiryək tiryək aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti