...

Qoyun və quş oğruları tutulub

Hadisə Materials 10 Mart 2015 15:07 (UTC +04:00)
Göyərçin və qoyun oğruları tutulub.
Qoyun və quş oğruları tutulub

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İlkin İzzət/

Göyərçin və qoyun oğruları tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 19-da rayon sakini Arzuman Bayramzadəyə məxsus yardımçı təsərrüfatdan 30 göyərçin oğurlanıb. Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onun həmyerlisi Vüsal Heydərli tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 30-da Ruqiyyə Məmmədovanın həyətindən 17 göyərçin oğurlaması da müəyyən edilib.

Ağsu və İsmayıllı rayon Polis Şöbələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Eldar Rüstəmovun həyətindən 7 baş qoyun oğurlamış Laçın rayon sakini Nazir Ədilov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti