...

Bakıda silahla gəzən tərtərli saxlanılıb

Hadisə Materials 16 Mart 2015 12:52 (UTC +04:00)
Bakıda Tərtər rayon sakinindən silah-sursat götürülüb.
Bakıda silahla gəzən tərtərli saxlanılıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İlkin İzzət/

Bakıda Tərtər rayon sakinindən silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Yasamal rayonu ərazisində Tərtər rayon sakini İldırım Həsənovdan nömrəsi silinmiş "Makarov" markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti