Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir Rufiz Hafizoğlu/
Naməlum silahlı şəxslər İstanbul prokurorluğunun binasında prokuroru girov götürüblər.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, hazırda jandarmeriya qüvvələri prokurorluq binasının ətrafındadırlar.
Telekanalın məlumatına əsasən, girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb.
İlkin məlumata görə, prokuroru girov götürən şəxslər qeyri-qanuni solçu qruplaşmanın üzvləridir.
Hazırda girovun azad edilməsi üçün danışıqlar aparılır. Prokurorluq işçiləri binadan təxliyə olunur.