...

İrandan Azərbaycana keçən avtobusda həşiş qatranı tapıldı

Hadisə Materials 31 Mart 2015 17:30 (UTC +04:00)
Avtobusda həşiş qatranı aşkar olunub.
İrandan Azərbaycana keçən avtobusda həşiş qatranı tapıldı

Azərbaycan, Bakı, 31 mart /Trend/

Avtobusda həşiş qatranı aşkar olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşları - sürücü Paşayi Məhəmməd Bağır Xəlil oğlu və onun köməkçisi Radfar Farbud Cəmşid oğlunun idarə etdikləri "Scania" markalı sərnişin avtobusuna kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti keçirilib.

Yoxlama zamanı avtobusun salonunda ümumi xalis çəkisi 0,83 qram olan narkotik vasitə - həşiş qatranı aşkar olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti