Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Bakı sakinində saxta pullar tapılıb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, Bakı şəhər sakini Samir Soltanovdan saxta əskinaslar götürülüb.
Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini S.Soltanovdan 25 ədəd 100 manatlıq saxta əskinas götürülüb.