Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İlkin İzzət/
İntihar məqsədi ilə özünü Kür çayına atmış Mingəçevir şəhər sakini xilas edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 23-nə keçən gecə Mingəçevir şəhər sakini İsmayıl Ağaəlizadə intihar məqsədi ilə özünü Kür çayına atıb. O, polis əməkdaşları tərəfindən xilas edilib. İ.Ağaəlizadəyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.