Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İlkin İzzət/
Bakının Qaradağ rayonundakı meyvə-tərəvəz bazasında yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda meyvə-tərəvəz bazasının 4-cü anbarının E korpusunda ümumi sahəsi 200 kv.m olan soyuducunun kompressoru yanıb.
Soyuducu və içərisində olan mallar yanğından mühafizə olunub. Yanğın saat 12:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.